XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2016 - 16:44

Ollandla Merkel çağırış etdi:«Avropanı qorumalı, qapımızdakı münaqişələrə son qoymalıyıq!"

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Avropanı qorumaqla bağlı çağırış ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel avropalıları vətənlərini sevməyə və onu mühafizə etməyə səsləyib: «Ümumi evimiz olan Avropanı sevməli və qorumalıyıq. Əks halda biz tarixin fırtınları ilə qarşılaşa bilərik».

Olland isə bu məsələdə Fransa ilə Almaniyanın xüsusi məsuliyyət daşıdığını bildirib: «Qapılarımızın yanındakı münaqişələrə son qoymalıyıq. Eyni zamanda faciələrdən və ölümdən qaçan insanları da qəbul etməliyik. Heç vaxt unutmamalıyıq ki, tarix faciəvi ola bilər. Bir anda ölkəni, regionu yükləyən çevrilişlər yaşana bilər. Biz bunu Yaxın Şərqdə görə bilirik».

Liderlər Britaniyanın Avropa Birliyindən çıxmasının qurum üçün yarada biləcəyi həssaslığa da toxunublar.