XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

30 May 2016 - 21:19

Rusiyanın Azərbaycandakı səfirliyi:"Erməni uşağı Bakıdadır"

rusiya-sefirlik-baki

Bakı hava limanında şəxsiyyətin müəyyənləşdirilməsi üçün dayandırılmış, Azərbaycana anası ilə gələn Rusiyanın səkkizyaşlı vətəndaşı Luka Rubenoviç Vardanyan hal-hazırda anası ilə birlikdə Bakıdadır.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlik bununla da Ermənistan mətbuatının erməni uşağına Azərbaycana girişin guya qadağan edilməsi haqqında informasiya təkzib edilib.

Səfirlik Bakıya Rusiyadan gəlmiş erməni uşağı ilə bağlı hadisəni belə şərh edib:

“Mayın 29-da Rusiya səfirliyinə saat 13:00-da Bakıya gəlmiş Rusiyanın səkkizyaşlı vətəndaşı Luka Rubenoviç Vardanyanın Bakı beynəlxalq hava limanında pasport nəzarətinin keçməsi zamanı Azərbaycana buraxılışı ilə bağlı çətinlikləri yaranması barədə zəng daxil olub. Səfirliyin əməkdaşı dərhal hava limanına gəlib. Yerli hakimiyyət nümayəndələri ilə razılaşmadan sonra oğlana ölkəyə giriş icazə verilib. Hal-hazırda o anası ilə birlikdə Bakıdadır”.

Trend