XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 21:20

Rusiya və İrandan Qərbə qarşı kibernetik müharibə:İlk qurban"Telegram" olacaq

 

Rusya memurlarına sosyal medyayı yasaklıyor

Rusiyanın dövlət qurumlarında çalışanların sosial şəbəkə üzərindən mesajlaşmalarının qadağan oluna bilər.

Strateq.az xəbər verir ki, bunun üçün ölkədə alternativ yeni proqramların yaradılması nəzərdə tutulur.

Məlumata görə, Rusiya İqtisadi İnkişaf Nazirliyi məmur və hərbçilərə “Gmail”, “WhatsApp”, “Viber”, “Skype” və “Telegram” kimi ünsiyyət və mesajlaşma vasitələrinin qadağan olunması təklifiylə çıxış edib. Qadağanın Putin tərəfindən qəbul edilməsi gözlənilir.

Xəbəri yayan “Kommersant” qəzetinin bildirdiyinə görə, artıq Rusiya prezidenti Vladimir Putinə çatdırılan təklifi ölkənin ən böyük internet xidmətlərindən olan Mail.ru irəli sürüb və o, İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul olunub. Nazirlik yerli alternativlər yaradılması halında xarici informasiya sistemləri və texnologiyalarından istifadənin qadağan edilməsini mümkün sayıb. Qadağanın yalnız dövlət təşkilatlarına deyil, eyni zamanda onlarla əməkdaşlıq edən təşkilatlara da şamil olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu barədə irəli sürülən ilk təklif hələ 2015-ci ildə gündəmə gətirilmişdi. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən 2015-ci ildə böyüyən kiber hücum və sosial şəbəkələrdən xarici kəşfiyyat orqanlarına data sızma hadisələrinin artması üzərinə “Google”, “Yahoo” və “WhasApp”-ın qadağan edilməsini məsləhət bilmişdi. Təklif o zaman Dövlət Duması tərəfindən rədd edilmişdi. Yeni təklifin isə Putin tərəfindən qəbul ediləcəyi güman olunur.

Yeni təklifə “Telegram” şəbəkəsinin də əlavə olunması təəccüb doğurur. Çünki “Telegram”-ın Rusiyaya aid mesajlaşma xidməti olduğu bilinir. Maraqlıdır ki, İranın da bu gün sosial şəbəkələrə bənzər qadağalar qoyacağı xəbərləri yayılıb və bu məlumatda da “Telegram”-ın adı ön plana çıxıb.

Ölkə başçısı Həsən Ruhani rəhbərliyində  toplanan Kibernetika Ali Şurası xarici mesajlaşma şəbəkələrindən vətəndaşlarla əlaqədar bütün məlumatların qorunmasını istəyib. Buna üçün isə İranda fəaliyyət göstərmək istəyən bütün xarici mesajlaşma şəbəkələrinin boynuna serverlərini bir il ərzində İrana köçürmək öhdəliyi qoyulub.

Mütəxəssislər bu qadağadan ən çox əziyyət çəkənin “Telegram” olacağını düşünürlər. Çünki İranda ən populyar mesajlaşma şəbəkəsi olan “Telegram”-ın 20 milyondan artıq yerli istifadəçisi var. Şəbəkənin populyar olduğu iki ölkədə-həm Rusiyada, həm İranda qadağayla qarşılaşması yaxın zamanlarda iflas etdiriləcəyindən xəbər verir. Onun niyə gözümçıxdıya salınmasının səbəbi isə, hələ ki, açıqlanmır.

Heydər

Strateq.az