XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 00:10

Ukrayna prezidentinin yeni müşaviri –NATO-nun ən ünlü baş katibi

Eski NATO sekreteri, şimdi Ukrayna'nın danışmanı

 

Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq baş katibi Anders Fogh Rasmusseni özünə məsləhətçi təyin etdi. Petro Poroşenkonun bu addımı, çox güman ki, Ukraynanın Qərb dünyası tərəfindən daha ciddi dəstəklənməsini təmin etməyə hesablanıb.

Strateq.az-ın məlumatına görə, Rasmussenin əsas vəzifəsi Ukraynanın təhlükəsizliyi və Avropa ilə əlaqələrinin gücləndirmək olacaq.

Danimarka sabiq baş naziri və dünya seçkinlərinin pərdə arxasındakı cəmiyyəti olaraq bilinən məşhur “Bilderberg” qrupunun da üzvü olan Rasmussen Rusiya əleyhdarı ifadələri ilə tanınır. O, NATO-nun baş katibi olduğu yaxın keçmişdə Baltik respublikalarına hərbi-texniki yardım göstərilməsi və bölgədə hərbi təlimlər keçirilməsi fikrini ortaya atır, Qərb ölkələrini buna təşviq edirdi. Ukrayna böhranı çıxarkən, xüsusilə, ölkənin şərqində yerləşən Donbassdakı silahlı qarşıdurmalar zamanı Rasmussen bütün məsuliyyətin Rusiyada olduğunu bildirmişdi.

Son zamanlar Ukrayna-Rusiya arasındakı ziddiyyətlərin yenidən vüsət aldığı bir zamanda NATO-nun sabiq baş katibinin yeni vəzifəsinə təyin olunması da təsadüfə oxşamır. Görünür, rəsmi Kiev Qərbin daha artıq dəstəyini alaraq, ölkəsini qorumaq və Rusiya qarşısında çəkindiricilik gücü qazanmaq məqsədilə bu addımı atıb.