"Rusiya Qara dənizdə NATO-nun həmlələrinin qarşısını almaq üçün cavab tədbirləri görəcək".
Bunu jurnalistlərə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib.
Onun sözlərinə görə, Rusiya heç vaxt Qara dənizin NATO gölünə çevrilməsinə izn verməyəcək:
“NATO hazırda münaqişə sxemini Qara dənizə keçirməyi planlaşdırır. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qara dənizi Rusiya gölünə çevirmək olmaz. NATO-da yaxşı başa düşürlər ki, Qara dəniz heç vaxt NATO gölü olmayacaq. Biz bununla bağlı lazımı tədbirlər görəcəyik”.
Axar.az