XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 18:11

Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edildi –Qərar

mehkeme 2

Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Strateq.az Milli Məclisə istinadən xəbər verir ki, bununla bağlı spiker Oqtay Əsədov bu gün qərar imzalayıb.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı qərarı verib:

1. Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Qamuna oğlu Səlimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.