XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 18:16

“Yuşşenko hakimiyyəti 1 milyard dolların müqabilində təhvil verib”- Qubernatordan şok iddia

«Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko hakimiyyəti Viktor Yanukoviçə təhvil vermək üçün 1 milyard dollara yaxın pul alıb».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Zakarpat bölgəsinin qubernatoru Gennadi Moskalın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, pul Yuşşenkoya və o vaxtkı prezident administrasiyasının rəsmiləri Viktor Baloqla Vera Ulyançenkoya çatıb: «Regionlar Partiyasının (Yanukoviçin partiyası) «qara kassasında» niyə 2 milyard axtarırıq? O pulun təxminən yarısı hakimiyyəti Yanukoviçə təhvil verdiyi üçün Yuşşenkoya və Baloqla Ulyançenkoya verilib».

Moskal bildirib ki, bu məsələ ilə Ukrayna Milli Təhlükəsizlik Agentliyi məşğul olmalıdır: «Mən təklif edirəm ki, Yuşşenko ilə bağlı bu korrupsiya faktını araşdırsınlar. Araşdırılsa, izlər Regionlar Partiyasının «qara kassasına» da gedib çıxacaq. Fonda bütün oliqarxlar məcburi qaydada 10, 50, 100 milyon qrivna, sadə vətəndaşlar isə bacardıqları qədər ödəniş edirdilər. Nəticədə fondun pulları oğurlandı. Heç bir xəstəxana da tikilmədi».

Qeyd edək ki, Ukrayna Milli Təhlkəsizlik Agentliyi Regionlar Partiyasının mühasibatlığında yol verilən pozuntularla bağlı təhqiqat başladıb.