XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2016 - 00:30

“Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayındakı görüşü sual altındadır” –Ekspert

elxan-sahinoglu-esas

"Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayındakı görüşü sual altındadır".

Strateq.az xəbər verir ki, bu sözləri ekspert Elxan Şahinoğlu deyib.

O bildirib ki, ATƏT-in həmsədrləri Qarabağın münaqişəsinin həlli istiqamətində iki ayı boşa xərcləyiblər:

"Çünki müzakirə predmeti yoxdur, 22 ildə nə mümkündürsə, müzakirə olunub, nəticə yoxdur. Xarici işlər nazirlərinin planlaşdırılan görüşü də təxirə salındı.

Belə görünür ki, həmsədrlər münaqişənin “mərhələli həll planı”nı Ermənistan hakimiyyətinə qəbul etdirmək üçün heç bir iş görmürlər. Rusiya, Fransa və ABŞ gözləmə mövqeyindədirlər. Bu dövlətlərin yeganə ortaq dərdləri müharibənin başlanmaması və atəşkəsin qorunmasıdır. Bu iki amili Ermənistan da istəyir".