XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2015 - 16:04

Binəqədidə yanan binayla bağlı narazılıq – Sakinlər etiraz edirlər (VİDEO)

Mayın 19-da Binəqədidə yanan 16 mərtəbəli binada təmir işləri davam edir.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, poliuretan üzlüklərin alışması səbəbindən baş verən yanğın zamanı demək olar ki, binadakı bütün mənzillərə ziyan dəymişdi. Buna görə də təmir işləri binanın fasadı ilə yanaşı, daxilində də aparılır.

İşlər təsdiq olunmuş layihəyə əsasən həyata keçirilir. Binanın elektrik və kanalizasiya xətləri yenilənib. Binanın təmirinin 4 ay müddətində yekunlaşması planlaşdırılsa da, sakinlər arasında layihə ilə razılaşmayanlar olduğundan işlər yubanır.

“Binada təmir işləri 4 ay müddətində təhvil verilməsi nəzərdə tutulur. Ancaq sakinlər arasında layihə ilə razılaşmayanlar var. Sakinlər əvvəlki layihəyə uyğun olaraq mənzillərinin təmir olunmasını tələb edirlər. Hazırda layihənin rəsmi olaraq təsdiq olunmasını gözləyirik. Layihə təsdiq olunduqdan sonra təmir işləri deyilən vaxtda yekunlaşacaq”, – deyə, iş icraçısı Mirzə Səfərov bildirib.