XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 15:01

Moskva Ərdoğana yaddaşını təzələməyi tövsiyə edir:"Yadına salsın!"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan hansı addımları gözlədiyini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Peskov münasibətlərin yoluna düşməsi üçün Putinin bəyanatını yada salmağı tövsiyə edib: «Prezidentimizin ən müxtəlif səviyyələrdə verdiyi açıqlamaları xatırlamaq lazımdır. Pilotumuzun ölümündən sonra Vladimir Putin bəyan etdi ki, bu cür xain və aqressiv hərəkətlərdən sonra Rusiya tərəfi üzrxahlıq tələb edir. Həmçinin tələb edir ki, hadisənin səbəblərinə aydınlıq gətirilsin, təyyarəyə və ölən pilotun ailəsinə görə təzminat ödənilsin». 

Qeyd edək ki, Ərdoğan hələ ilk gündən Ankaranın məlum insidentə görə üzr istəməyəcəyini bildirib.