XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 04:51

Azərbaycan təmsilçisi beynəlxalq təşkilatın rəhbərliyinə seçilib

Rufet_Memmedov.jpg

14-16 iyun tarixlərində İtaliyanın Milan şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası çərçivəsində təşkilatın İdarəetmə Komitəsinin növbəti toplantısı və XX Dünya İnvestisiya Konfransı keçirilib.
WAIPA-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) aktiv fəaliyyəti, təşkilatın inkişafına verdiyi töhfə və onun üzvlər arasında yüksək nüfuzu nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yenidən WAIPA-nın vitse-prezidenti seçilib.

Qeyd: WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.

Strateq.az