XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 19:17

Psixotrop maddələrin idxal və ixracı ilə bağlı qanuna dəyişiklik –Sərəncam (SİYAHI)

Ilham Eliyev

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə yeni Qanunu təsdiq edib.

Strateq.az xəbər verir ki, yeni qanuna əsasən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 696; 2009, № 12, maddə 965) aşağıdakı dəyişikliklər edilib:

1. Qanunun adında və I maddəsində “(xüsusi razılıq)” sözləri çıxarılsın.

2. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” üzrə:

2.1. adında və “IV siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar” bölməsində (hər iki halda) “(xüsusi razılıq)” sözləri çıxarılsın;

2.2. “I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

2.2.1. “I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” fəslinin 97-ci maddəsi ləğv edilsin və həmin fəslə aşağıdakı məzmunda 104 113 cü maddələr əlavə edilsin:

104. AH-7921

105. AM-2201

106. 5F-AKB-48

107. JWH-015

108. JWH-018

109. JWH-122

110. JWH-210

111. Oripavin (3-O-dimetiltebain)

112. UR-144 (fenil sianid 2,4,6-triizopropil)

113. Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid).”;

2.2.2. “II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” fəslinə aşağıdakı məzmunda 46-52-ci maddələr əlavə edilsin:

46. 25B-NBOMe (2C-B-NBOMe)

47. BZP-N-benzilpiperazin

48. 25C-NBOMe (2C-C-NBOMe)

49. 25I-NBOMe (2C-I-NBOMe)

50. MDPV-3,4-metilendioksipirovaleron

51. mefedron (4-metilmetkatinon)

52. metilon (beta-keto-MDMA).”.