XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 20:10

Rusiya geri addım atdı- Qərb ölkələrinə qarşı «ərzaq embarqosu» yumşaldıldı

Rusiya hökuməti bəzi Qərb ölkələrinə tətbiq etdiyi «ərzaq embarqosu»nu yumşaltmaq barədə qərar verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra Rusiyaya quş əti, iribuynuzlu heyvan əti, həmçinin uşaq qidasının hazırlanması üçün nəzərdə tutulan təzə və quru tərəvəzlər idxal etmək mümkün olacaq.

Bu barədə məlumat Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yayılıb.

Maraqlıdır ki, bir neçə gün əvvəl Avropa Birliyi ölkələrinin Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına cavab olaraq baş nazir Dmitri Medvedev də Moskvanın «ərzaq embarqosu»nun müddətini 2017-ci ilin sonunadək uzadacağı barədə açıqlama vermişdi. Və bu barədə ölkənin müvafiq qurumlarına təlimat verdiyini bildirmişdi.

Bunun ardınca «embarqo» qərarında yumşalma təəccüb doğurmaya bilmir.

Rusiya ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya və Norveçə «ərzaq embarqosu»nu 2014-cü ildən tətbiq etməyə başlayıb. Sonradan «qara siyahıya» bir neçə başqa ölkə, o cümlədən Albaniya və Ukrayna da daxil edilib. 

Rəsmi Moskvaya qarşı sanksiyalar isə Rusiyanın Krımı ilhaqına görə tətbiq olunub.