XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 20:57

NATO ölkələri son 10 ildə ilk dəfə müdafiə xərclərini artırır:"Təhdidlər var!"

nato

NATO üzvü olan Avropa ölkələri son 10 ildə ilk dəfə müdafiə xərclərini artırırlar.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq «Financial Times»a müsahibəsində bildirib. 

Baş katib bunu təhlükəsizlik sahəsində təhdidlərin artması ilə əlaqələndirib: «NATO üzvü olan ölkələrlə bağlı proqnozlar göstərir ki, uzun illər sonra üzv dövlətlər ilk dəfə müdafiə xərclərini artıracaq. Qeyri-müəyyən və təhdidlərin artdığı situasiya ilə üz-üzəyik. Bizə birlik, güc və stabillik lazımdır».

Stoltenberq onu da bildirib ki, Britaniya Avropa Birliyindən çıxarsa, bu, xərclərin artırılması ilə bağlı planı təhlükəyə atmış olacaq.

Qeyd edək ki, ötən il NATO üzvü olan Avropa ölkələri müdafiə xərcləri üçün 253 milyard dollar ayırmışdılar. Birləşmiş Ştatlarda isə bu rəqəm 618 mlrd. dollar idi. 

Artımdan sonra xərclərin nə qədər olacağı hələ ki gizli saxlanılır. Yalnız o məlumdur ki, Latviya müdafiə xərclərini 60%, Litva 35%, Estoniya və Polşa isə  9% artırmağı planlaşdırır.