XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 08:34

Gürcüstana bəd xəbər –Avropa vizasız rejim qərarını təxirə saldı

 

Gurcustan-16-1

Avropa İttifaqı Gürcüstanla vizasız rejimə keçilməsi məsələsini təxirə salıb.  Dünən Brüsseldə bu məsələ müzakirə olunub və bu barədə qərarın verilməsi təxirə salınıb. “Röyter” agentliyinin məlumatına görə, Gürcüstanla vizasız rejimə keçilməsinin əleyhinə Almaniya və Fransa çıxış edib.

Diplomatların biri qeyd edib ki, söhbət prosesin tam dayanmasından getmir, sadəcə Avropa İttifaqı daha ehtiyatlı olmaq istəyir.  Almanlar Gürcüstan kriminal qruplarının Almaniyada mütəşəkkil cinayətkarlığa böyük təsirinin olduğunu qeyd edib.  Eyni zamanda Avropa İttifaqında yeni miqrant dalğasının başlanmasından çəkinirlər.

Ukrayna ilə vizasız rejimə keçid məsələləri isə iyunun 14-də müzakirə olunacaq.  Kosovo ilə bağlı da müsbət qərarın verilməsi təxirə salına bilər.

Brüsseldəki mənbələr bildiriblər ki, Türkiyəyə vəd olunmuş vizasız rejimin tətbiqi də tezliklə baş tutmaya bilər.

Bu ölkələrlə vizasız rejimin tətbiqini 23 iyunda Britaniyada Avropa İttifaqında qalıb-qalmamaq məsələsi ilə bağlı keçiriləcək referendum da çətinləşdirir.  Bu referendumun keçirilməsinin səbəblərindən biri də Avropa İttifaqının miqrasiya siyasətindən narazılıqdır.

Məlumat üçün qeyd edək ki, hazırda Avropa İttifaqı ilə 60 ölkə arasında vizasız rejim tətbiq olunub.

Strateq.az