XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 09:18

Məşhur prokuror Rza Zərraba qarşı –Milyarder bu gün azadlığa çıxa biləcəkmi?

zerrab

ABŞ-da həbs olunan Türkiyə vətəndaşı,  Azərbaycan əsilli iş adamı Rza Zərrabın 50 milyon dollar girov müqabilində ev həbsinə buraxılması ilə bağlı tələbinə bu gün Bakı vaxtı ilə saat 16.00-da məhkəmədə baxılacaq.

Rza Zərrabın işini aparan, məşhur  Nyu-York Cənub Bölgəsinin baş prokuroru Pret Bharara vəlkillərin irəli sürdüyü əsasları rədd edib. O, Zərrabın məhkəməni aldatmaqda davam etdiyini bildirib.

Doğan Xəbər Agentliyinin məlumatına görə, prokuror vəkillərin qanunvercilik baxımdan qüsurlu və səhv məlumatları əks etdirən sənədlər təqdim etdiyini açıqlayıb.

Bharara Zərraın öz varidatını gizlətməyə çalışdığını da bilidib. Onun sözlərinə görə, Zərrab ilk dindirmədə iş adamı ingilis dilində bilmədiyini və buna görə, yanlış ifadə verdiyini iddia edir.  Halbu ki, iş adamı yalan danışır və məhkəməyə təqdim edilən video-çəkilişdə tərcüməçı dəvət olunması əks olunub.

Prokuror qeyd edib ki, girov müqabilində azadlığa çıxdığı halda, iş adamı böyük sərvətindən və əlaqələrindən istifadə edərək qaça bilər.

Bharara Zərrabın vəkilinin Türkiyədə hökumətdə korrupsiya halları ilə bağlı  17 dekabrdan sonra başladılan və sonra dayandırılan araşdırmanın dəlillərinin subut kimi təqdim edilməsinə etirazlarını da düzgün saymayıb. Onun fikirincə, araşıdırmanın heç bir nəticə verməməsi Zərrabıb Türkiyədə vəzifəli şəxslərə rüşvət verməsini göstərən ayrıca bir sübutdur.

Qeyd edək ki, 2013-cü ildə 17 dekbardan sonra başladılan və sonra dayandırılan araşdırma zamanı Zərrab Türkiyədə həbs olunmuş və qısa müddətdən sonra azadlığa çıxmışdı.

Zərrab bu il 19 marta ABŞ-da Mayamidə hava limanına həbs olunub. Ona qarşı “çirkli pulların” yuyulması, İrana qarşı tətbiq edilən sanksiyaların pozulması, dələduzluq ittihamları irəli sürülüb.

Strateq.az