ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və AKP hökumətinin terror təşkilatı olaraq elan etdiyi Fəthullah Gülən hərəkatını terror təşkilatı olaraq görmədiklərini bildirib.
Strateq.az xəbər verir ki, Kirbi fikirlərini Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında bir jurnalistin sualını cavablandırarkən, dilə gətirib.
Juranilstin "Türkiyə rəsmi olaraq Gülən hərəkatını terror təşkilatı elan etdi. Həmin təşkilatın lideri burada, ABŞ-da yaşayır. Bununla bağlı ABŞ-ın mövqeyi nədir” sualına cavabında Kirbi deyib:
"Gülən hərəkatı xarici terror təşkilatı olaraq qeydə alınmayıb. Mövzuyla əlaqədar daha ətraflı məlumat almaq üçün sualınızı bu qərarı alan Türk hökumətinə yönəldin.”
Növbəti sual da eyni mövzuda olub və Kirbi yenə rəsmi Ankarayla fərqli mövqe ortaya qoyub.
Juranlist:
-"Türkiyə sizi bir deyil, iki terror təşkilatına dəstək verməkdə günahlandırır, bundan narahatlıq keçirmirsinizmi?"
Kirbi:
-"Türkiyənin bu məsələyə necə baxması Türk yetkililərinin öz işidir. Biz onları terror təşkilatı olaraq görmürük".