XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 15:12

Alman deputatlardan şok qərar:Bundestaq erməni “soyqırımını” tanıdı

Almaniya parlamentinin (Bundestaq) deputatları 1915-ci ildə baş verən hadisələrin “soyqırım” kimi tanınmasına dair qətnamə layihəsini qəbul ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, sənədin qəbuluna Bundestaqın demək olar ki bütün deputatları səs veriblər. Yalnız 1 deputat sənədin əleyhinə səs verib, 1 deputat da bitərəf qalıb.

Qeyd edək ki, sənədi dəstəkləyənlər arasında kansler Angela Merkel də var.

Ankara ötən əsrin əvvəlində Osmanlı İmperiyası zamanında baş verən hadisələri soyqırımı kimi qəbul etmir. Almaniyada yaşayan 3,5 milyonluq türk əsilli vətəndaş qətnamənin qəbulunu əleyhinə kütləvi nümayiş keçirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım bu sənədin qəbulunun Türkiyə və Almaniya münasibətlərinə xələl gətirəcəyini bildiriblər. Baş nazir erməni “genosidi” haqqında qanun layihəsinin AFR parlamentində planlaşdırılan müzakirəsini “dostluq üçün test” adlandırıb.