Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin 1915-ci il hadisələrini «soyqırım» kimi tanımasına sərt reaksiya verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan bu qərarın Ankara ilə Berlin arasındakı münasibətlərə ciddi təsir göstərəcəyini bildirib: «İlk addım kimi, Almaniyadakı səfirimizi məsləhətləşmələr üçün geri çağırdıq. Səfir Ankaraya gələndən sonra vəziyyətə qiymət verəcəyik».
O da bildirilir ki, Türkiyə parlamenti Bundestaqın qərarına cavab olaraq rəsmi deklarasiya qəbul etməyi planlaşdırır.
Ermənistan Xarici İşlər Nazirliyi isə Almaniya parlamentinin məlum qərarını məmnunluqla qarşıladığını bəyan edib.