XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 23:50

“Türkiyə Xocalı soyqırımı ilə əks həmlə etməlidir” –Ekspert

elxan-sahinoglu-esas

"Aydındır ki, Almaniya parlamentinin “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə baxmayaraq, Ankara Berlinlə münasibətləri tamamən dondurmayacaq. Doğrudur, Ankara Almaniyadakı səfirini geri çağırıb, ancaq ara sakitləşəndən sonra səfir yenidən Berlinə qayıdacaq".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, vaxtilə Fransa parlamenti də oxşar “qətnamə” qəbul etmişdi:

"Həmin vaxtı da Ankara Fransadakı səfirini geri çağırdı, az sonra səfir yenidən Parisə qayıtdı. Çünki, Ankara ermənpərəst qətnamələrə nə qədər qəzəblənsə, bunun ədalətsiz olduğunu vurğulasa da, bu “sənədləri” qəbul edən ölkələrlə əməkdaşlığı tamamən dayandıra bilməz. Ortada milyardlarla dolar iqtisadi-ticarət əlaqələri, biznes maraqları var. Elə Ermənistanla erməni lobbisinə də bu lazımdır ki, Türkiyənin “erməni soyqrımını” qəbul edən ölkələrlə münasibətləri tamamən poozulsun".

Ekspert bildirir ki, buna baxmayaraq, “erməni soyqırımı” qətnamələrinin qəbuluna seyrçi qalınması da düzgün sayılmamalıdır:

"Sadəcə, bunu faciəyə də çevirmək lazım deyil, qəbul edəcəkləri qondarma qətnamələrin Türkiyə əleyhinə hüququ gücü yoxdur. Əks həmlələri gücləndirmək lazımdır. Azərbaycan dünya miqyasında Xocalı soyqırımının tanıtdırılmasına çalışır və müəyyən nəticələr də var, bir sıra parlamentlər müvafiq sənədlər qəbul ediblər. Türkiyə Azərbaycanla birgə bu iqtiqamətdə çalışmaları yoğunlaşdırmalıdır ki, dünya görsün ki, “erməni soyqırımı” iddiaları mübahisəli olduğu halda, Xocalı soyqırımı şahid ifadələri və video görüntürlərlə sübut olunub, ermənilər bu sübutlara etiraz etmirlər".