XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 10:33

Dünya Azərbaycanlılarının IV Qurultayı –Prezident tədbirə qatıldı

ilham adr

Bu gün Azərbaycan paytaxtı Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçrilir.

Strateq.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev qurultayda iştirak edir.

Xatırladaq ki, iki gün davam edəcək qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak edəcək.

Dünya Azərbaycanlılarının IV Qurultayında priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.

Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır.

Görüşdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.

Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.

Qurultay işini iyunun 4-də yekunlaşdıracaq.