XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2016 - 12:16

Lalə Şövkət bəyanat verdi:"İndiki həssas geosiyasi dövrdə..."

lale-sovket

"Almaniya Bundestaqının qondarma “erməni soyqırımını” tanınması haqqında 2 iyun 2016-cı il tarixli qətnaməsi bizi məyus etdi. Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk".

Bu sözlər Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Strateq.az-a daxil olan bəyanatında yer alıb.

Bəyanatda deyilir:

"Təəssüf edirik ki, Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya, erməni təbliğatına uyaraq, tarixə və faktlara əsaslanmayan siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edib. Regionda olan indiki həssas geosiyasi dövrdə alman hakimiyyəti bu məsələyə ehtiyatla və məsuliyyətlə yanaşmalı idi.

Bu səhv qərarın həm Türkiyə, həm Azərbaycan cəmiyyətlərinin Almaniyaya olan münasibətinə arzuolunmaz xələl gətirə biləcəyi bizdə narahatçılıq doğurur.

Ümid edirik ki, bu yanlış addım Türkiyə-Almaniya müttəfiqlik münasibətlərini bərpa olunmaz vəziyyətə salmayacaq".