XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 12:33

”Bu, bizim zəif yerimizdir” –Prezidentdən media sahəsində güclənmək çağırışı

ilham-tedddi

Dünya Azərbaycanlılarının 4-cü qurultayında geniş çıxış edən Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq media ilə iş məsələsinə də toxunub. 

O, diasporun, xaricdəki Azərbaycan təşkilatıarının iş prinsiplərinə dair danışaraq, qeyd edib ki, beynəlxalq media ilə iş məsələsində dövlətə dəstək verilməlidir. 

''Bu, bizim zəif yerimizdir'', – deyən prezident bu sahədə fəallığın artırılmasının vacibliyini qeyd edib.

 Prezident deyib ki, dünya səviyyəsində yeni jurnalist kadrlarının yetişməsinə, onların beynəlxalq media quruluşlarında yerləşdirilməsinə nail olmaq lazımdır. 

Prezident tövsiyyə edib ki, Diaspor təşkilatları özlərinin saytlarını, qəzetlərini yaratsınlar: "Həm Azərbaycan, həm də yaşadıqları ölkələrin dillərində. Ermənistan səfil bir ölkədir, ancaq bu istiqamətdə işləyirsə, biz də işləyə bilərik və işləməliyik".

Prezident deyib ki, informasiyanın dünyadakı əhəmiyyəti  artıb və biz buna hazır olmalıyıq. 

Aprel döyüşləri günlərindəki və ondan sonrakı informasiya müharibəsini şərh edən dövlət başçısı deyib ki, on illər ərzində erməni diasporunun qurduğu beynəlxalq media şəbəkəsinin yalanlarına qarşı ciddi mübarizə verildi və bu da artıq o deməkdir ki, Azərbaycanın da əlində imkanlar var, yaranır, güclənir. 

Musavat.com