XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 15:19

Prezident İlham Əliyevlə Türkiyənin baş naziri arasındatəkbətək görüş olub

yidirim-abid

Bu gün prezident İlham Əliyev və Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırım arasında təkbətək görüş olub.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

 Prezident İlham Əliyev B. Yıldırımı yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib: “Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bizim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İki ölkənin münasibətləri bu gün yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açılışını edəcəyik. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir ”.

 B. Yıldırım isə xatırladıb ki, Türkiyədə yeni hökumət qurulan zaman hökumət başçısının ilk olaraq Şimali Kipr və Azərbaycana səfər etməsi ənənə halını alıb: “Biz tək millət, iki dövlətik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”.

Görüş daha sonra qapalı şəraitdə davam edib.