XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 16:35

“Bu, böyük ədalətsizlikdir” –İlham Əliyevdən BMT və Almaniyaya etiraz

İlham-Eliyev-mushavire-4

"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır”.

Bunu Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb: "Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin bu qətnamələr kağız üzərində qalıb, çünki ikili standartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir, yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir”.

Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatda Almaniyanın məlum qərarına da münasibətini açıqlayıb: "Dünən Almaniya parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir".