XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 16:43

“Ermənistana “dur” deməyin vaxtı çatıb” –Türkiyənin baş naziri

binali-4

"Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik”.

Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur” deməyin vaxtı çatıb: "ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb”.

APA