XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2015 - 13:03

Almaniya Bundestaqı geri çəkildi – Azərbaycana qarşı qətnamə qəbul olunmadı

Almaniya Bundestaqında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi qəbul olunmayıb.

Strateq.az ölkə saytlarında yayılan xəbərə istinadən bildirir ki, Bundestaqda səsəverməyə çağrılmış qətnamə layihəsinin lehinə 21 millət vəkili səsə verib.

10 millət vəkili isə bitərəf qalıb, qalan deputatlar isə səsəvermədə iştirak etməyib.

Qeyd edək ki, Almaniya Bundestaqının üzvləri Erika Steinbach, Christoph Bergner və Manfred Grund tərəfindən hazırlanmış qətnamə layihəsi Avropa Oyunları keçirən Azərbaycanda insan hüquqlarının aliliyinə riayət tələbi vardı.

Qətnamə layihəsinin müəlliflərindən biri olan Manfred Grundun adı işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sındadır.