Almaniya lideri Yoaxim Qauk növbəti prezident seçkilərində namizəd olmayacaq.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu qərarı həyat yoldaşı Daniela Şadtın tövsiyəsi ilə qəbul edib. Xanımı Qaukdan səhhətini və yaşını nəzərə almağı xahiş edib.
Məlumata görə, iyunun 6-da kansler Angela Merkellə görüşdən sonra prezident bu qərarını rəsmən elan edəcək.
Almaniyanın ZDF telekanalının apardığı sorğuya görə, almanların 70%-i Qaukun prezident postunda qalmağını istəyir.