Bu gün dünyasını dəyişən tarixin ən məşhur idmançılarından biri, boksçu Məhəmməd Əlini bütün dünyada sevgi ilə yad edirlər. Strateq.az "Alman dağlası", BBC-nin materialları əsasında əfsanəvi boksçunun həyatı və karyerasını əks etdirən ən yaddaqalan fotolarını təqdim edir.
15 avqust-10 oktybar 2015-ci il tarixdə Berlində Camera Work qalareyasında əfsanəvi boksçu, milyonların sevgisini qazanmış və çoxlarının gözündə superqəhrəman olan Məhəmməd Əlinin ən effektli fotoları nümayiş etdirilib.
Əlinin bu şəkil 1966-cı ildə Çikaqoda çəkilib. Fotoqraf alman Tomas Hyopkerdir.
1967-ci ildə Əli Esquire jurnalı üçün müqəddəs Sebastyanın əzablarını əkls etdirən obrazda çəkilib. Fotoqraf Karl Fişer.
1964-cü ildə Əli əfsanavi Bitlz qrupunun üzvləri, Con Lennon, Pol Makkartni, Rinqo Star və Corc Xarissonla şəkilib. Artıq o zaman bəlli idi ki, Əlinin şöhrəti yalnız idman dünyası ilə məhdudlaşmayacaq. Zamanla o, boksun pop-ikonasına çevrilməyi bacardı.
Əlinin ən populyar fotolarından biri 1965-ci ildə çəkilib. O, rəqibi Sonni Listona nokauta salır.
Əli hər zaman publika qarşısında özünü rahat hiss edirdi. Bu şəkil 1974-cü ildə, Əli tanınmış boksçu Corc Formana qalib gəldikdən sonra çəkilib. Bu döyüş “Cəngəllikdə gurultu” adı ilə tarixə düşüb.
Strateq.az