Suriyanın hökumət qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə İŞİD-in paytaxt elan etdiyi Rakkaya girib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.
Məlumata görə, Rakkanın rayonlarının birində İŞİD-in 4 neft zavodu məhv edilib.
Rusiya qırıcıları eyni zamanda Suriyanın Xama əyalətinin şərq rayonlarına da aviazərbələr endiriblər.