XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 02:41

ABŞ qoşunlarını Şərqi Avropaya yığır
ABŞ ümid edir ki, Ukraynadakı vəziyyətlə əlaqədar Şərqi Avropada əlavə qoşunların yerləşdirilməsi silahlanmaya səbəb olmayacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Li Ceyms bildirib.

“ümid edirəm ki, belə olmayacaq. Lakin zaman göstərəcək. Mən NATO çərçivəsində əldə olunan yanaşmanı qeyd etdim və ABŞ əlavə yerləşdirilmə, əlavə təlimlər, qoşunlar arasında təmasların inkişafı və sair bu tip məsələləri dəstəkləyir”, – deyə nazir Ukraynadakı vəziyyətin gələcəkdə silahlanmaya səbəb ola biləcəyi ilə bağlı suala cavabında bildirib.

Bundan əvvəl ABŞ-ın Avropada “F-22 Raptor” tipli beşinci nəsil qırıcı təyyarələrinin yerləşdirmək niyyətində olduğu bildirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl “The New York Times” nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirirdi ki, Pentaqon Şərqi Avropada beş min hərbçisini təmin edə biləcək sayda ağır texnikasını yerləşdirmək imkanlarını nəzərdən keçirir.

Nəşr qeyd edir ki, “Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədi ilə Baltikyanı və Şərqi Avropa ölkələrində beş min amerikalı hərbçini təmin edilməsinə kifayət ola biləcək sayda tanklar, PDM və sair ağır texnika yerləşdirə bilər”.

Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.

Estoniya, Litva və Polşa hakimiyyət qurumları artıq bu planları dəstəkləyib. ABŞ isə məsələ ilə bağlı yekun qərarın verilmədiyini bildirir.