XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 17:17

Ermənistanla İran arasında viza rejiminin aradan qaldırılmasına politoloqdan reaksiya:"Biz nəyi gözləyirik?"

elxan-sahinoglu-esas

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Tehrana səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğvi barədə sənədə imza atacaq.

Sənədə əsasən, viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları isə İranda 90 gün müddətinə qala biləcəklər.

Strateq.az-ın məlumatına görə, bununla bağlı "Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İranın regional və təhlükəsizlik siyasətini sərt tənqid etməsinə baxmayaraq, bu məsələdə biz Ermənistanı qabaqlamalıydıq:

"Yenə də gec deyil, Türkiyə və İran vətəndaşlarına qarşı tətbiq edilən viza ortadan qaldırılmalıdır. Və viza qərarının Türkiyə və İran vətəndaşları ilə bağlı eyni gündə verilməsi doğru olar. İranda yaşayan azərbaycanlıların Arazın bu tayındakı vətənlərinə rahat gəlmələrinə şərait yaratmalıyıq. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına da uyğundur, üstəgəl, bu turizmdən gəlirlərin artması deməkdir.

Nəyi və niyə gözləyirik? İranda yaşayan azərbaycanlılar işğalçı Ermənistana vizasız getməlidirlər, yoxsa Azərbaycana?".