XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 23:26

Obama Məhəmməd Əlidən yazdı:«Ona həmişə qibtə etmişəm»

obama-222

 

ABŞ prezidenti Barak Obama ötən şənbə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əliyə məqalə həsr edib.

BBC-nin məlumatına görə, Obamanın xatirə yazısı “The Telegraph on Sunday” qəzetində dərc edilib.

Prezident yazır ki, Məhəmməd Əli 1959-cu ilin şaxtalı qış səhərlərində dan yeri sökülər-sökülməz qaçışa başlayarmış. Bundan altı ay sonra o, Roma Olimiadasının çempionu olub: «Məktəbdə oxuduğu illərdə başqa uşaqlar kimi avtobusa minməz, avtobusla ötüşərdi. Uşaqlar onu “dəli” adlandırırdılar. Çox tezliklə bütün dünya onun öz yolunun olduğunu biləcəkdi».

 

Məhəmməd hələ Kassius olanda…

 

“Məhəmməd Əli Kassius Kley olan vaxtlarda çox uşaq olmuşam və onu xatırlamıram. O, təkcə dünyanın ağır çəkili çempionu deyildi və bəzi vaxtlarda ziddiyyət və nifrətin obyektinə çevrilən şəxs idi. Əli dörd illik sürgündən sonra fövqəladə şəkildə qayıdış edib çempion adını geri almaqla dünyanı şoka salanda da, mən hələ məktəbliiydim. Amma mən ona həmişə qibtə etmişəm: Bütün gücünü səfərbər edə bilmək qabiliyyətinə, düşmənçilik qarşısında mərdliyinə, tufandan çıxmağına və öz yolundan dönməməyinə”.

Obama yazır ki, Əlini təkcə bir boksçu kimi yox, bir insan kimi də formalaşdıran məhz bu xüsusiyyətləri idi: «Fiziki qüdrəti imkan verdiyi qədər dünya boyunca sülh və barışıq gücünə çevrilmişdi».

Prezident boksçu ilə bağlı bir epizodu da xatırladır: «Filadelfiya xəstəxanasına baş çəkəndə ayaqları olmayan oğlan uşağını qucağına alıb demişdi – “Təslim olma. İndi adamlar kosmosa uçurlar. Sən də bir gün yeriyib bütün bunları edəcəksən”. O bundan sonra məşhur “Əli ayaqsürüşdürməsi”ni nümayiş etdirməklə balaca oğlanı güldürmüşdü».

 

O, həmişə çempion olacaq

 

Obama yazır ki, o öz məşhurluğunu xeyirxahlığa həsr etmiş bu insana həmişə heyran olub: «O, 1990-cı ildə İraqda 14 amerikalını girovluqdan azad etdirib. Nelson Mandela azadlığa çıxan kimi Cənubi Afrikaya səfər edib, BMT-nin sülh elçisi kimi yoxsul əfqan məhktəblərinə baş çəkib. Hətta Parkinson xəstəliyi Əlinin hərəkətlərini məhdudlaşdıranda belə, o, bütün yaşlardan olan insanlarla bağlarını itirməyib. Ondan nə üçün belə qlobal məşhur olduğunu soruşanda titrəyən əllərini uzadar, barmaqlarını geniş açar və deyərdi: “Mən insan oğluyam. Məni insanlarla onlardakı Allah birləşdirir». Məhəmməd Əli insanları yıxılandan sonra qalxmağın qüdrətinə ilhamlandırır. Məhz buna görə də o həmişə çempion olaraq qalacaq”.