XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 03:41

Türkiyədə dəhşətli avtobus qəzası –14 ölü, 26 yaralı

qeza-1

Türkiyənin Osmaniyə şəhərində şagird və valideynləri daşıyan avtobus su kanalına düşüb. Hadisə nəticəsində 14 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, qəzada 6 məktəbli, 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü daxil olmaqla, daha 7 nəfərin öldüyü də təsdiqlənib. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.