XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 13:26

Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO tədbirində –Gürcüstanda!

nato azeri

Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-dan 10-dək Tbilisi şəhərində (Gürcüstan) mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları, Kanzas ştatında (Amerika Birləşmiş Ştatları) "Saber Guardian 2016" təliminə hazırlıq tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) döyüş hazırlığı qiymətləndirmə kursu, iyunun 6-dan 24-dək Kəraçi şəhərində (Pakistan) standart əməliyyat taktikası kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

İyun 6-dan 12-dək Türkiyə Respublikasında Çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Təlimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak edir.