XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 14:20

Erməni komandir qondarma baş naziri döydü –Səbəb

ermeni-45

Dağlıq Qarabağın qondarma “baş naziri” komandir tərəfindən döyülüb.

Bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Arayik Harutünyan aprel döyüşlərində bizneslə məşğul olduğu torpaq sahəsinə tankların girməsinə etiraz etdiyinə görə döyülüb.

Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Talış ərazisində gedən döyüşlərdə erməni tanklarının qondarma “baş nazir”in üzüm plantasiyalarından keçməsi onun etirazına səbəb olub. A.Harutünyanın biznes maraqlarını müdafiə etməsi hərbiçilər tərəfindən hiddətlə qarşılanıb və onun komandir tərəfindən döyülərək təhqir edilməsi ilə nəticələnib. Həmin ərəfədə Prezident Serj Sərkisyanın bölgəyə səfər edərkən çəkilmiş şəkillərdə Arayik Harutünyanın görünməməsi də hadisənin doğruluğunu sübut edir.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın Lrahos.ru saytı Qarabağ ərazisində yüksək vəzifəli şəxsin komandir tərəfindən döyülməsi barədə xəbər versə də, onun kimliyi açıqlamayıb.

A.Harutünyanın Qarabağda könüllülərin komandiri Manvel Qriqoryanla münasibətləri də məhz sözügedən səbəbdən pozulub. Bu hadisədən dərhal sonra Harutünyan Manvel Qriqoryan və könüllülərın qaldığı otellərin qiymətini qaldırıb.

Axar.az