XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 15:50

Dollar kreditlərinə güzəşt… –Deputat prezidentə məruzə olunacağını deyir

ermeni budce

“Hazırda 10 min dollara qədər olan kreditlərə güzəştin tətbiq edilməsi ilə bağlı danışıqlar davam edir. Danışıqlar həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Prezidentin iqtisadi məsələlər üzrə köməkçi ilə aparılır”.

Bu barədə millət vəkili Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, dollar kreditlərinə güzəştlə bağlı məsələ prezidentə məruzə olunacaq: “Hazırda bu məsələyə baxılır. Yəqin ki, tez bir zamanda müəyyən qərar veriləcək”(Azvision). 

Qeyd edək ki, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli aprel ayının 29-da birlikdə hazırladıqları təkliflər paketini 3 ünvana – Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndəriblər.