XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 08:43

Amerikalı həmsədrdən etiraz: “Avropa Məhkəməsinin qərarı sülh danışıqları barədə qərarı dəyişmir”

uorlik.jpg

Avropa İnsan Haqları Məhkəməsinin qərarı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün apardığı hazırlığı dəyişmir.

Strateq.az bildirir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Avropa Məhkəməsinin Laçınlı köçkünlərin iddiası ilə bağlı çıxardığı qərarı Ermənistan KİV-lərinə şərh edərkən bildirib.

O, Azərbaycan XİN-nin bununla bağlı yaydığı bəyanta da münasibətini bildirib. Bu qərarın Dağlıq Qarabağın işğal olunmasının təsbit edən ilk hüquqi sənəd olması barədə Azərbaycan XİN-in bəyanatna toxunan Uorlik deyib: “Həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərlə işləmək tapşırlıb. Avropa Məhkəməsinin qərarı nə bu mövqeyi, nə də münaqişənin sülh yolu ilə həlli üçün aparılan hazırlıq işini dəyişmir”.

Qeyd edək ki, Avropa Məhkəməsi “çıraqovun işi” kimi tanınan proseslə bağlı qərar verib və Laçın rayonundan köçkün düşən azərbaycanlılara təzminat verilməsinin Ermənistanın üzərində olduğunu bəyan edib. Azərbaycan XİN-i isə bu qərarı Ermənistanın Dağlıq Qarabağın işğal etməsinin təsdiq edən ilk hüquqi sənəd adlandırıb.

X.SƏFƏROĞLU