XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 18:11

Almaniya Rusiyanı tərəfdaş ölkələr sırasından çıxardı,Kremldən cavab gəldi

Almaniyanın Rusiyanı təhlükəsizliyinə təhdid hesab etdiyi ölkələr sırasına daxil etməsinə Kremldən cavab gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Berlinin bu qərarından təəssüf və narahatlıq keçirdiklərini bildirib: «Əgər bu, reallığı əks etdirirsə, demək, söhbət, Rusiyanın mövqeyinin düzgün anlaşılmamasından gedir. Rusiyanın mövqeyi konfrontasiyaya getməyə yox, qarşılıqlı maraqlara uyğun əməkdaşlığa hesablanıb. Narahatlıq doğuran odur ki, bu yanlış anlaşılma konfrontasiyaya şərait yarada bilər». 

Xatırladaq ki, Almaniya özünün milli təhlükəsizlik strategiyasına yenidən baxmağa qərar verib. Yeni strategiyada indiyə qədər tərəfdaş kimi dəyərləndirilən Rusiya rəqib və Almaniyanın təhlükəsizliyinə potensial təhdid kimi göstəriləcək.

Bu dəyişiklik Rusiyanın Krımı ilhaqı və Ukraynanın şərqində vəziyyəti gərginləşdirməsi ilə bağlıdır.