XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 19:30

Ərdoğan ABŞ-a gedir- Məhəmməd Əlinin dəfnində iştirak etmək üçün

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedir.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatlara bir neçə gün əvvəl həyatını itirən məşhur boksçu Məhəmməd Əlinin iyunun 10-da keçiriləcək dəfn mərasimində iştirak üçün yollanır.

Türkiyə prezidenti ötən həftənin sonu Məhəmməd Əlinin xanımı Lonnie Əliyə zəng edərək başsağlığı vermişdi.

Əfsanəvi boksçunun cənazəsi bu gün Arizona ştatından xüsusi təyyarə ilə doğulduğu Louisville şəhərinə gətirilib. Ailə cümə günü keçiriləcək dəfn mərasiminə hamının dəvət edildiyini bildirib.

Məhəmməd Əlinin cənazə namazı ABŞ-ın müsəlman icmasının liderlərindən olan İmam Zaid Şakirin rəhbərliyi ilə qılınacaq.