XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 20:31

Kreditlə oxuyacaq tələbəborcunu necə qaytaracaq?

tələbə imtahan

Ali məktəbi kredit hesabına bitirən tələbələr ali məktəbi bitirəndən sonra işləməlidir ki, krediti ödəyə bilsin.

Bunu jurnalistlərə açıqlamasında Maarifçi Tələbə Kredit Fondunun icraçı derektoru Rüfət Mahmudov deyib.

O bildirib ki, fond bu sahədə ciddi risqə gedir: "Tələbə işləməsə, krediti qaytara bilməyəcək və bu da mübahisə yaradacaq. Belə olan halda fond məhkəməyə müraciət edə bilər. Amma inanmıram ki, kreditlə oxumağa razılıq verən tələbə ail məktəbi bitirəndən sonra işləməsin və krediti ödəməsin".

Qeyd edək ki, bu gün Təhsil Nazirliyində Maarifçi Kredit Fondunun fəaliyyətə başlaması və qurumun saytının istifadəyə verilməsilə bağlı media-brifinq keçirilib.

Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Nazirliyin təşəbbüsü ilə yaradılan fond, dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən tərəfindən təsis edilib.

Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir.

Fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan təbələr müraciət edə bilər.

Fondun icraçı direktoru Rüfət Mahmudov bildirib ki, fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək: "Universitetlər hər il kreditlə təhsil almaq üçün tələbə yerlərinin sayını açıqlayacaq və həmin tələbələrə uyğun da fonda sərmayə yatıracaq. Qəbul olan tələbə sənədlərini təqdim edərək fonddan kredit götürəcək. Müraciət edən tələbə 25 yaşdan böyük və illik ailə büdcəsi 10 min manatdan çox olmamalıdır. Tələbəyə kredit 10 il müddətinə veriləcək. Kreditlər illik 8 faizlə hesablanacaq. Həmçinin, 70 baldan aşağı qiymət bal alan tələbə fonddan kredit götürə bilməcək. Fond tələbəyə 10 illik kredit verəcək".

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Sülhəddin Gözəlov bildirib ki, tələbələr birinci kursu başa vurandan sonra kredit üçün fonda müraciət edə bilərlər: "Çünki birinci kursda oxuyan tələbənin akademik göstəriciləri bəlli olmur. Ona görə də fond tələbələrə ikinci kursdan kredit verəcək".

Hələlik 350 tələbənin kreditlə təhsil alması qərara alınıb. Gələcəkdə bu say artırıla bilər.

marja.az