XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 21:00

Məhəmməd Əlinin 80 milyonluq mirasıkimə qalacaq? (FOTO)

Mehemmed-Eli-6

Əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişəndən sonra onun 80 milyon dollarlıq mirasının aqibəti hamını maraqlandırır.

M.Əli xəstəxanaya yerləşdiriləndə onun övladları dünyanın müxtəlif yerlərindən atalarına baş çəkməyə gəliblər. Ailənin mətbuat katibi boksçunun bütün övladlarının bir-birinə dəstək olduqlarını və ataları üçün dua etdiklərini bildirib. Onların bu birliyinin iyunun 10-da dəfn mərasimindən sonra davam edib-etməyəcəyi də maraq doğurur. Ortada olduqca böyük bir miras var.

Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir ki, M.Əlinin bu il ad günündə çəkilən aşağıdakı fotoda boksçunun 8 uşağının atalarının yanında olduğu görünür.

Lakin boksçunun ikinci evlilikdən bir oğlu da var – 44 yaşlı Məhəmməd Əli (kiçik). Oğlu son iki ildə atası ilə görüşmədiyini və bunun üçün bütün cəhdlərinin nəticəsiz qaldığını bildirib. Onun 2004-cü ildən atasından yardım almadığı və Çikaqoda maddi sıxıntılar içində yaşadığı deyilir.

Kiçik M.Əli atası ilə münasibətlərinin pozulmasına əfsanəvi boksçunun həyat yoldaşı Luninin səbəb olduğunu və var-dövlətdən kənarlaşdırıldığını iddia edir.

Xatırladaq ki, 4 dəfə ailə həyatı quran M.Əlinin 7 qızı və biri övladlıq olmaqla iki oğlu var.

Qeyd edək ki, şənbə günü dünyasını dəyişən boksçunun nəşi anadan olduğu Luisvill şəhərinə (Kentukki ştatı) gətirilib.