İstanbulda növbəti terror hadisəsi baş verib.
Strateq.az-ın məlumatına görə, terrorun hədəfi polislər olub.
Polislərin növbə dəyişimi sırasında partladılan bombanın böyük dağıdıcı gücə malik olduğu bildirilsə də, canlı itki barədə, hələ ki, heç bir məlumat verilmir. İlkin məlumatlarda 5 nəfərin yaralandığından bəhs olunur.