XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 12:16

İstanbul terrorunda ölənlərin sayı 11-ə çatdı: 36 yaralı var- FOTOLAR, VİDEO

Bu gün İstanbulda baş verən teraktda ölənlərin sayı 11-ə çatıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərdən 7-si polis əməkdaşıdır.

İstanbul valisi Vasip Şahinin verdiyi məlumata görə, partlayış nəticəsində 36 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Xatırladaq ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 8.30-da İstanbulda – Bəyazıt polisinin yaxınlığında güclü partlayış baş verib. Uzaqdan idarə olunan partlayıcı qurğu çevik polis alayının əməkdaşlarını daşıyan avtobusun yaxınlığında işə salınıb.

Partlayış bomba yüklü avtomobillə törədilib. Hadisənin baş verdiyi Böyükşəhər bələdiyyəsinin ərazisinə xeyli sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub.
 

https://www.youtube.com/watch?v=y0kr57VfXh4