XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 12:56

İstanbuldakı teraktla bağlı əsas şübhəli kimiPKK göstərilir

Bu gün səhər saatlarında İstanbulda baş verən terror aktı ilə bağlı əsas şübhəli kimi PKK göstərilir.

Strateq.az xəbər verir ki, Türkiyənin tanınmış hərbiçi-eksperti Abdullah Ağar hücumun PKK-nın bundan əvvəl törətdiklərinə bənzədiyini bildirib.

Ekspertin dediyinə görə, xüsusən də partlayışdan sonra atışmanın olduğu iddiası bu ehtimalı gücləndirir: «İŞİD Ramazan ayında Avropada teraktlar törədəcəyi barədə xəbərdarlıq etmişdi. İpucları PKK-ya aparsa da, İŞİD ehtimalını da unutmaq olmaz». 

Qeyd edək ki, bugünkü teraktda ölənlərin sayı 11-ə çatıb. Ölənlərdən 7-si polis əməkdaşıdır. Partlayış nəticəsində 36 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.