XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 14:02

İstanbuldakı terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı varmı? –XİN-dən bəyanat

xin-yeni-bina

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Türkiyənin İstanbul şəhərində törədilən dəhşətli terror aktı ilə bağlı bəyanat yayıb.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycan XİN İstanbul şəhərində törədilən qanlı terror aktını qəti şəkildə qınayıb:

"Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır".