XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 15:51

Prezident İlham Əliyev Almaniyanınvitse-kansleri ilə görüşüb

ilham-tedddi

Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniya vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə görüşüb.

 Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

 Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.