XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 17:54

“”Formula 1” yaxınlaşdıqca, dollar bahalaşa bilər” –Ekspertdən xəbərdarlıq

qubad-3

"Formula 1” Avropa Qran Pri”si yaxınlaşdıqca, dollar bahalaşa bilər”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, iyunun 17-dən 19-dək Bakıda ilk dəfə keçiriləcək "Formula 1 Avropa Qran Pri”sinin açılışına 11 gün qalır:

"Bu müddət ərzində ən azı 2 səbəbdən manatın dollara nəzərən məzənnəsində dəyişikliklər müşahidə oluna bilər. Birincisi, bu mötəbər yarış öncəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) iyunun 14-15-də növbəti toplantısının keçirilməsi və uçot dərəcələrini qaldırması ehtimalının getdikcə artması dolların bahalaşması üçün əsaslar yarada bilər.

FES-in qərarının ABŞ-la ticarət və investisiya əməkdaşlığı güclü olan ölkələrə ciddi təsirləri müşahidə olunsa da, bu qərarın Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə kimi valyuta bazarı xarici şoklara həssas olan ölkələrdə milli valyutaların dollara nəzərən məzənnəsinə daha çox psixoloji təsirləri gözlənilir. Federal Açıq Bazar Komitəsində keçiriləcək növbəti iclas ABŞ iqtisadiyyatının iqtisadi proqnozlarının müzakirəsi və sədrin mətbuat konfransından ibarət olacaq.

Gözləntilərə görə, FES bu və ya iyulun 26-27-də gözlənilən sonrakı toplantısında uçot dərəcəsini bahalaşdıracaq. Uçot dərəcəsinin artırılması pul kütləsinin azalmasını şərtləndirdiyinə görə, bu, dolların mövqeyini möhkəmlədir.

Proqnozlara görə, bu il dollar yeni səviyyəsində qərarlaşacaq.

Manatın məzənnəsinə təsir göstərəcək ikinci amil ""Formula 1 Avropa Qran Pri”sinə görə ölkəyə gələcək turistlər sayı ola bilər. Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla 590 dollar arasında, iyunun 16-dan 20-dək akkreditə olunmuş mehmanxanalarda yaşayış xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir.

Gözləntilər ondan ibarətdir ki, Mərkəzi Bank Azərbaycanı turistlər üçün cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər. Xaricilər üçün mehmanxana və biletin ödənişləri dollarla aparılsa da, onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu, turistlər üçün Azərbaycan bazarının cazibədarlığını azalda bilər”.