XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 18:15

“Almaniya kansleri hamıya açıq mesaj verdi ki,…” –Politoloqdan Merkelin sözlərinə reaksiya

elxan-sahinoglu-esas

Almaniya kansleri Angella Merkel Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır.

Bəs, ATƏT-in hazırki sədri olaraq Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində nə edə bilər?

Strateq.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu sualı indiki mərhələd vacib sayıb:

"Bəli, bu, vacib sualdir. Ancaq təəssüf ki, Merkel mətbuat konfransında Almaniyanın rolu barədə fikir bildirmədi. Halbuki, cəbhə bölgəsində atəşkəs pozulduqda Berlin 7 maddəlik təklfilər paketi hazırladığını açıqlamışdı. Merkel Rusiyanın rolunu qabartmaqla, sadəcə hamıya mesaj verir ki, “münaqişənin həllində Avropaya, o cümlədən Almaniyaya bel bağlamayın, bizim problemimiz onsuz da kifayət qədərdir, Dağlıq Qarabağa isə vaxtımız və enerjimiz qalmır”. Mesajı qəbul etdik. İşimizi bilərik.

Almaniya kənarda qalacaqsa, Azərbaycan və Ermənistan prezidentlərini qısa zaman kəsiyində Berlinə niyə dəvət edibilər?

Merkel mətbuat konfransında alman fondların yenidən Azərbaycanda işləyə biləcəyinə ümid etdiyini deyib. Bunu Merkel ötən dəfə də demişdi. Nəticə isə yoxdur. Fondlar qrant ayıracaqlar, buna isə Azərbaycanda artıq ciddi məhdudiyyətlər var".

Qeyd edək ki, mətbuat konfransında İlham Əliyev cavab nitqində deyib ki, Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur, ancaq bu, Ermənistanda allergiya doğurur.

Ekspert E.Şahinoğlu deyir ki, dövlət başçısı haqlıdır:

"Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir. Ancaq şəxsən məndə Ermənistanın Rusiyadan əldə etdiyi silahların Dağlıq Qarabağda peyda olması allergiya yox, ciddi narahatlıq doğurur. İlham Əliyev mətbuat konfransında Azərbaycanın Rusiya ilə yanaşı, Türkiyə, İsrail, Belarus və İrandan silah aldığını bildirib. Birinci üçünü bilirdim, bəlkə də hansısa xəbəri ötürmüşəm, ancaq İrandan silah aldığımızı bilmirdim".