İran İnqilab Keşikçiləri Komandanlığı Suriyada növbəti itkisini verib.
Strateq.az xəbər verir ki, bu dəfə öldürülən, əfqan döyüşçülərindən ibarət "Fatimiyyun" briqadasının komandir müavini Məhəmməd Həsən Hüseynidir.
Hüseyninin Xüms vilayətinin Tedmur (Palmira) şəhərində döyüşərkən, öldürüldüyü bildirilir.
Qeyd edək ki, İran İnqilab Keçikçiləri Komandanlığında çox sayda əfqan döyüşçülər var. İddialara görə, bunun səbəbi Əfqanıstandan qaçıb bu ölkəyə sığınan mühacirlərin qarşısında iki seçimin qoyulmasıdır: ya ölkəni tərk et, ya Suriyada döyüş.
Yağışdan qaçarkən, yağmura tutulan əfqan mühacirlər geri qayıtmaqdansa, Suriyada döyüşməyə üstünlük verirlər.
Heydər
Strateq.az